menu

Məktəblər

C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi

Fortepiano
Violin
Klarnet
Fleyta
Saksofon
Truba
Tar
Trombon
Kamança
Qanun
Nağara
Qarmon
Xanəndə
Balaban
Zərb alətləri
Vokal
Xor dirijorluğu
Estrada oxuma
Xor
Ünvan: AZ 1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Əlizadə küçəsi 5
Telefon: (+994 12) 491-49-56 (+994 12) 491-19-93
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi 07 sentyabr 1955-ci ildən Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin 349/K nömrəli əmri əsasında yaradılmışdır.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cövdət Hacıyev xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli 887 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il 15 may tarixli 298 saylı Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılmış və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16.09.2014-cü il tarixli109 nömrəli əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir

Məktəbinin direktoru: Məhin Əli qızı Orucova

18.04.1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1984-cü ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1989-cu ildə Azərbaycan Dövlət Кonservatoriyasını xor-dirijorluğu ixtisası üzrə bitirib. M.Orucova 1981-1982-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon Uşaq Musiqi Məktəbində müəllim, 1983-1984-cü illərdə Naxçıvan şəhər Uşaq İncəsənət Məktəbində müəllim, 1986-1999-cu illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbində müəllim, 1999-2001-ci illərdə Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifələrində işləmişdir. 02.11.2001-ci ildən Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.


Tədris işləri üzrə direktor müavini: Solmaz Şamil qızı Novruzova

Fortepiano şöbəsinin müdiri: Lalə Arif qızı Mahmudova

Simli alətlər şöbəsinin müdiri: Hülya Eldəniz qızı Orucova

Nəfəs və zərb alətləri şöbəsinin müdiri: Tofiq Səməd oğlu Əsgərov

Xalq çalğı alətləri şöbəsinin müdiri: Şərafət Rafiq qızı Həziyeva

Nəzəriyyə şöbəsinin müdiri: Məlahət Kəbləağa qızı Salayeva