menu

Məktəblər

4 nömrəli uşaq incəsənət məktəbi

Fortepiano
Violin
Klarnet
Valtorna
Tar
Kamança
Qanun
Qarmon
Nağara
Saz
Xanəndə
Estrada oxuma
Ünvan: AZ 1090, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi 5
Telefon: (+994 12) 453-20-42
1966-cı ilin dekabr ayından Bakı şəhəri Buzovna qəsəbəsində 19 №-li uşaq musiqi məktəbi kimi (Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 25 noyabr 1966-cı il tarixli 255 №li, Bakı şəhər Zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin 02 dekabr 1966-cı il tarixli 05/738 №-li əmrləri) fəaliyyətə başlamış, 1995-ci ilin sentyabr ayında isə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 28 sentyabr 1995-ci il tarixli 250 №-li, Bakı şəhər Mədəniyyət İdarəsinin 03 oktyabr 1995-ci il tarixli 106 №-lı əmrləri) incəsənət məktəbinə çevrilmişdir. Məktəb büdcə təşkilatıdır, 1966-cı ildən əvvəlki H.Z. Tağıyev adına Neftqazçıxarma İdarəsinin, indiki ARDNŞ Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin balansında olmuş, 2009-cu ilin aprel ayından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. Hal-hazırda bina məktəbin öz balansındadır.

Məktəbin yaranmasının təşəbbüskarı və ilk direktoru Tələt Şahverdiyev olmuşdur. 1966-cı ildə yaranan məktəbdə ılk illər yalnız fortepiano, tar, kamança, qarmon, nağara, klarnet, akkordeon ixtisasları tədris edilirdi. Sonralar skripka, truba sinifləri yarandı. 1972-ci ildən sonra məktəbə rəhbərlik tanınmış musiqiçilər Rəfael Məmmədəliyev, Əhəd İsrafilzadə, Arif Hacıyevə tapşırıldı. 1994-cü ildən 2009-cu ilin yanvarınadək məktəbə gözəl insan və istedadlı kamança ustası Yusif Quliyev rəhbərlik etmişdir. Məhz bu illərdə məktəbdə balaban, kanon, saz, xanəndə ixtisasları tədris edilməyə başladı və nəhayət, 1995-ci ildən rəsm və rəqs siniflərinin açılması ilə məktəb incəsənət məktəbinə çevrildi.

2009-cu ilin fevral ayından məktəbə rəhbərlik Səadət Eminovaya tapşırılmışdır.

2008-2009-cuillərdə məktəb binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi xətti ilə əsaslı təmir edilmiş, bina yenidən qurularaq müasir standartlara cavab verən gözəl bir binaya çevrilmişdir. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlər Proqramı»na əsasən məktəb üçün 2013-cü ildə yeni akt zalı inşa edilmişdir.

Məktəbinin direktoru: Cahangir Akif oğlu Süleymanov

05.12.1986-cı Bakı şəhərində anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas Məktəbini klarnet ixtisası üzrə, 2008-ci ildə Bakı Musiqi Akademiyasını saksafon ixtisası üzrə bitirib. 2007-2013 illərdə Azərbaycan Dövlət Televizyasında simfonik orkestr dirijoru, 2013-2019-cu illərdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllim vəzifəsində işləmişdir. 15.10.2019-cu ildən 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.

Tədris işləri üzrə direktor müavini: Gültəkin Yusif qızı Atakişiyeva

Fortepiano şöbəsinin müdiri: Günel Etibar qızı Məmmədova

Ümumi fortepiano şöbəsinin müdiri: Əkbərova Dinarə Şükür qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Ehtibar Adil oğlu Dadaşov

Orkestr alətləri şöbəsinin müdiri: Əfqan Elman oğlu Paşayev

Nəzəriyyə şöbəsinin müdiri: Sevinc Seyfulla qızı Eminova

Xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri: Xanım Ağacəfər qızı Əliyeva