menu

Məktəblər

R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi

Fortepiano
Violin
Violonçel
Tuba
Klarnet
Tar
Kamança
Qanun
Nağara
Qarmon
Zərb alətləri
Fleyta
Balaban
Ünvan: AZ 1000, Səbail rayonu, R.Behbudov küçəsi 10
Telefon: (+994 12) 493-66-88
Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 №-li Onbirillik musiqi məktəbi arxiv sənədlərindən alınan məlumatlara görə, Bakı şəhərində ilk tədris müəsisələri – 1 və 2№-li musiqi məktəbləri 1931-ci ildə açılmışdır.

2№-li musiqi məktəbinin açıldığı ilk günlərdə burada bir çox müəllimlər fəaliyyət göstərirdi: L. Yeqorova, R. Siroviç, V. Siroviç, R. Gelman, M. Rudolf. O zaman məktəbin müdiri vəzifəsini R. Quliyev icra edirdi.

1940-cı il tarixdən etibarən Səmədova Fatma Əliəşrəf qızı 2№-li musiqi məktəbinə müdir təyin edilmişdir. Onun sayəsində məktəbdə müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çoxlu uşaqlar cəlb edilmişdir.

1963-cü ildən 1986-cı ilə kimi məktəbə Zivər İbrahimova rəhbərlik etmişdir.

1986-cı ildən məktəbə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, musiqişunas Qəmər Quliyeva rəhbərlik edir.

1990-ci il fevralın 9-da 2№-li musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilmişdir. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sahəsində yeni işlər aparılır. 2006-cı ildən etibarən 2№-li musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018–ci ilin 11 ayı ərzində məktəbdə əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir..

Fəxri adları olan müəllimlərin siyahısı:

Məmmədova İradə Adil qızı-Əməkdar müəllim

Göyçayskaya Səidə Oqtay qızı-Əməkdar müəllim

Əliyev Əyyub Pənah oğlu (Əvəzçi müəllim)-Əməkdar artist


Məktəbin direktoru: Qəmər Rəsulovna Quliyeva

11.04.1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Nyu-york şəhərində anadan olub. 1965-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini nəzəriyyə ixtisası üzrə, 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Кonservatoriyasını musiqi tarixi nəzəriyyəsi ixtisası üzrə bitirmişdir. Q.Quliyeva 1964-1970- ci illərdə 2 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 1970-1978-ci illərdə Azərbaycan Respublikanın Mədəniyyət Nazirliyinin kadrlar və təhsil şöbəsində tədris müəssisələr üzrə inspektor, 1978-1986-cı illərdə 2 nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifələrində işləmişdir. 01.09.1986-cı ildən Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ailəlidir, 1 övladı var.


Tədris işləri üzrə direktor müavini: Gülara Vahid qızı Nuriyeva

Fortepiano şöbəsinin müdiri: Süsən Tofiq qızı Şəkinskaya

Ümumi fortepiano şöbəsinin müdiri: Rəna Qulam qızı Əjdərova

Simli alətlər şöbəsinin müdiri: Vəfa Namiq qızı Nəcəfzadə

Nəfəs və zərb alətləri şöbəsinin müdiri: Şeyda Faiq qızı Ələskərova

Xalq çalğı alətlər şöbəsinin müdiri: Sevil Ağaməmməd qızı Bayramova

Nəzəriyyə şöbəsi müdiri: Aygün Əliqulu qızı İsgəndərova

Müşayiət və ansambl şöbəsinin müdiri: Sevil Səməd qızı Xankişiyeva