menu

Məktəblər

5 nömrəli uşaq incəsənət məktəbi

Fortepiano
Violin
Klarnet
Tar
Kamança
Qarmon
Xanəndə
Qanun
Nağara
Saz
Vokal
Ünvan: AZ 1083, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 3
Telefon: (+994 12) 446-16-47
E-mail: UİM-5@mail.ru
Məktəb 1980-ci ildə yaranıb, ona 31 saylı musiqi məktəbi adı verilmişdir. 1998-ci ildə yenidən təşkil olunmuşdur və 5 saylı uşaq incəsənət məktəbi adını almışdır. Məktəbimiz aşağıdakı təşkilatların tabeçiliyindədir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi.

Məktəbinin direktoru: Emin Hüseyn oğlu Nağıyev

06.01.1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1991-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1996-ci ildə Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə fərqlənmə diplomu, 2000-ci ildə Bakı Musiqi Akademiyasının aspiranturasını bitirmişdir. E.Nağıyev 1986-1987-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Çərçiboğan kənd uşaq musiqi məktəbində müəllim, 1993-2003-ci illərdə Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunda müəllim, 2003-2005-ci illərdə Azərbaycan Milli Konsevatoriyasında elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2003-2004-cü illərdə Bakı Musiqi Akademiyasında müəllim, 2004-2006-cı illərdə Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində müəllim, 2005-2006-ci illərdə 10 nömrəli Uşaq Musiqi Məktəbində tədris işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 12.09.2006-ci ildən 5 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

Tədriş işlər üzrə direktor müavini: Nəvai İbrahim oğlu Babayev

Fortepiano və simli alətləri şöbəsinin müdiri: Ləman Nuşirəvan qızı Rzayeva

Xalq çalğı və nəfəsli alətləri şöbəsinin müdiri: Asəf Əhriman oğlu Dəvrişli

Nəzəriyyə şöbəsinin müdiri: Zənfirə Yusif qızı Bağırzadə

Xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri: Rəna Tahir qızı İman