menu

Məktəblər

S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbi

Fortepiano
Violin
Klarnet
Tar
Kamança
Nağara
Qanun
Qarmon
Saz
Xanəndə
Ünvan: AZ 1142, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi 6 a
Telefon: (+994 12) 375-93-58

Məktəb Azərbaycan SSR Mədəniyyət Nazirinin 233 №-li 26 iyul 1979-cu il tarixli əmrinə əsasən 29 nömrəli Uşaq Musiqi məktəbi kimi fəaliyyətə başlamış və Azərbaycan SSR Mədəniyyət Nazirinin 343 №-li 4 sentyabr 1980-ci il tarixli əmrinə əsasən 1 nömrəli Uşaq İncəsənət məktəbi kimi formalaşdırılmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 75 №-li 15 mart 2004-cü il tarixli əmrinə əsasən Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun adı məktəbə verilmişdir.

Məktəbinin direktoru: Vaqif Oruc oğlu Abbasov

16.07.1957-ci ildə anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbini tar ixtisası üzrə, 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu mədəni-maarif işi ixtisası üzrə bitirib. V.Abbasov 1976-1977-ci illərdə Dəvəçi rayon 7 illik Uşaq Musiqi məktəbində müəllim, 1979-1985-ci illərdə 29 nömrəli Uşaq Musiqi məktəbində (1980-cı ildən məktəb 1 nömrəli Uşaq İncəsənət məktəbi kimi formalaşdırılıb, 2004-cü ildən məktəbə bəstəkar Süleyman Ələsgərovun adı verilib) müəllim və xalq çalğı alətləri şöbəsinin müdiri, 1985-1992-ci illərdə həmin məktəbdə axşam şöbəsinin tədris işləri üzrə direktor müavini, 1992-ci ildə axşam şöbəsinin ləğvi ilə əlaqədar 1998-ci ilədək müəllim, 1998-2000-ci illərdə tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 04.10.2000-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Tədris işləri üzrə direktor müavini: Mirvari Mehdi qızı Allahverdiyeva

Fortepiano şöbəsinin müdiri: Mehriban Şamil qızı Əsgərova

Fortepiano şöbəsinin müdiri: Leyla Meyti qızı Tağıyeva

Simli və nəfəs alətləri şöbəsinin müdiri: Elçin Nadir oğlu Dadaşev

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlham Məhərrəm oğlu Babayev

Nəzəriyyə şöbəsinin müdiri: Mehriban Əli qızı Qarayusifli

Xoreoqrafiya şöbəsinin müdiri: Natəvan Mahmud qızı Yolçuyeva

Rəssamlıq şöbəsinin müdiri: Aybəniz Yaşar qızı Şahvələdova